Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankarada Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev ilə görüşüb.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən  xəbər verir ki, görüşdə AMEA-nın 2024-cü ildə qarşılıqlı əməkdaşlığı ilə əlaqədar məsələlər müzakirə olunub.

Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev Azərbaycan Milli Elmlər Akademiyasının Asiyanın elmi qurumları ilə əlaqələrinin genişlənməkdə davam etdiyini bildirib.

Görüşdə AMEA-nın 2024-cü ildə Malayziya və Sinqapur akademiyaları ilə əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.

 

 

Diaspora