Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, - F.Mirzəyev bildirib.
Qeyd edək ki, F.Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.
Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.