Təşəbbüs qrupuna seçilən könüllülər dövlət və özəl sektorda məşğulluğa cəlb olunacaq

Təşəbbüs qrupuna seçilən könüllülər dövlət və özəl sektorda məşğulluğa cəlb olunacaq backend

Bu gün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu təsis olundu. Təşəbbüs qrupunun əsas məqsədi Azərbaycanda qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, həmçinin gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu AQTİ-nin mətbuat katibi Rəşad Mehdizadə jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, təşəbbüs qrupunun üzvü olan könüllülərin inkişafı istiqamətində Agentlik tərəfindən silsilə tədbirlər həyata keçiriləcək. Onlar müxtəlif özünüinkişaf və təcrübə proqramlarına, infoturlara, həmçinin istehlakçılar və sahibkarlar arasında maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb ediləcəklər. Eləcə də bu çərçivədə ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlığın qurulması nəzərdə tutulur.

“Təşəbbüs qrupuna seçilən könüllülərin məlumat bazası yaradılacaq, onların gələcəkdə dövlət və özəl sektorda məşğulluğuna dəstək göstəriləcək”, - deyə R.Mehdizadə əlavə edib

 

 

Diaspora