Hacıqabulda şagirdlər “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndiriliblər

Hacıqabulda şagirdlər “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndiriliblər backend

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Mədəniyyət Mərkəzində şagirdlərin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyanın ən ağrılı probleminə çevrilən və “ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb.

Tədbirdə “Erkən nikah və onun fəsadları” mövzusuna da toxunulub. Yeniyetmələrin, xüsusilə qızların erkən yaşlarda ailə qurmasının risklər yaratdığı qeyd edilib, övladlarımız milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrinin vacibliyindən, gələcəyin yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən söhbət açılıb.

Tədbir zamanı narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

 

Diaspora