Azərbaycan-Serbiya əlaqələrinin gələcək inkişaf istiqamətləri müzakirə olunub

Azərbaycan-Serbiya əlaqələrinin gələcək inkişaf istiqamətləri müzakirə olunub backend

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada səfərdədir.

Qaziler.az xəbər verir ki, nümayəndə heyəti Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Taşmaydan” parkına gələrək, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb.

Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 100 çinar ağacı əkilmiş Dostluq parkı da ziyarət edilib.

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial məsələlər naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə görüşdə S.Babayev iki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Ötən dövrdə Azərbaycanla Serbiyanın müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daim genişlənməkdə davam etdiyi vurğulanıb.

N.Selakoviç Serbiya ilə dost və strateji tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin ildən-ilə genişlənməsinin məmnunluq doğurduğunu və bu əlaqələrin qarşıdakı dövrdə də uğurlu inkişafı üçün səylərin göstərildiyini bildirib.

Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətindən, Komissiyanın bu ilin aprel ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş 7-cı iclasının yekunu olaraq imzalanmış Protokolun icrası işlərindən bəhs olunub.

Görüşdə ikitərəfli və tranzit yük axınının artırılması, qarşılıqlı investisiyaların təşviqi, gələcək yeni birgə layihələrə, habelə əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Diaspora