Bakıda məktəblinin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Bakıda məktəblinin ölümü ilə bağlı  TƏBİB-dən AÇIQLAMA backend

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

TƏBİB-dən Qaziler.az-a verilən məlumata görə, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.

Qeyd edək ki, Bakıda 195 saylı məktəbin direktoru qızılcaya yoluxan bir şagirdin dünyasını dəyişməsiylə bağlı məlumat paylaşıb. 

Diaspora