BÖYÜK TƏHLÜKƏ: Bakı Avtovağzalının qarşısında sürüşmə baş verib - YENİLƏNİB

BÖYÜK TƏHLÜKƏ: Bakı Avtovağzalının qarşısında sürüşmə baş verib - YENİLƏNİB backend

Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib




Bakı-Sumqayıt yolunda sürüşmə baş verib, iri çatlar meydana gəlib.

Lent.az-ın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, “Azəryolservis” ASC-nin əməkdaşları hazırda hadisə yerindədir və bərpa işləri ilə məşğuldurlar.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a açıqlamasında bildirib ki, çatlama və sürüşmə əsasən Bakı Avtovağzal ərazisində olub: “Yağış yağarkən daha da ciddi fəsadlar törətməsin deyə, hazırda çatların üzəri örtülür. Səbəbləri araşdırılır”.

Hadisə yerinə baş çəkən FHN əməkdaşları da baş vermiş hadisənin nədən olduğunu, təhlükənin davam edib etməyəcəyini müəyyənləşdirirlər.
**
14:51
Bakı-Sumqayıt yolunda sürüşmə baş verib.

APA-nın xəbərinə görə, sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.

Hazırda aidiyyəti qurumlar ərazidə iş aparır.
Diaspora