Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib - FOTO

Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (“Ümid” SİD İB) tərəfindən icra olunan “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində 7 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə yaradılan “Musiqi və dram” və “İncəsənət və mədəniyyət” klublarının üzvləri Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçiriblər.

Qaziler.az xəbər verir ki, Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra məktəblilər müharibə səhnələrini əks etdirən və qələbə müjdəli kompozisiyalar nümayiş etdirmiş, şeirlər söyləmişlər. Tədbirdə məktəbin pedaqoji heyəti, şagirdlər, valideynlər, ictimaiyyət  nümayəndələri iştirak edib. İştirakçılar arasında Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Elvin Nəsrəddin oğlu Əlimovun valideyni, məktəbimizin fizika müəlliməsi İradə Əlimova da olub. Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 

Cari ilin avqust ayından icra olunan sözügedən layihənin əsas məqsədi ümumi maraqları, çətinlikləri və məqsədləri uyğun gələn təhsilalanları və onların qruplarını öz problemlərini müəyyənləşdirə və prioritetləşdirə bilən qruplar/klublar səviyyəsində inkişaf etdirməkdir. Layihə çərçivəsində “Film Yaradıcıları və Fotoqrafiya”, “İncəsənət və Mədəniyyət”, “Ədəbiyyat və Poeziya”, “Eko klubu”, “Musiqi və Dram (teatr)” və s. adlı ən az 4 qrup/klub yaradılması nəzərdə tutulmuşdur. 

Diaspora