Ankara şəhərində Bakı Dövlət Universiteti və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı Beynəlxalq elmi konfrans keçirilib.
Konfrans çərçivəsində Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının təqdimatı olub.
“Özüm iştirak edə bilməsəm də, Ulu Öndərin adını daşıdığı kitabımın təqdimatını yüksək səviyyədə həyata keçirdikləri üçün dəyərli rektor Elçin Babayev və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bextiyar Nebiyevə dərin minnətdarlığımı bildirirəm”, - S.Qurbanov sosial şəbəkədə yazıb.