Orta Dəhliz layihəsinin əhəmiyyəti ilə əlaqədar Vyanada ali səviyyəli toplantı keçirilib

Orta Dəhliz layihəsinin əhəmiyyəti ilə əlaqədar Vyanada ali səviyyəli toplantı keçirilib backend

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf və Vyana Diplomatiya Akademiyası ilə birgə Avstriyada “Qlobal bölünmənin nizamlanması: Qlobal Əlaqələrin Bərpasında Mərkəzi Asiya və Qafqazın rolu” mövzusunda ali səviyyəli toplantı keçirib.

QAZİLER.AZ  Trend-ə istinadən bildirir ki, Serbiya, Qırğızıstan, Rumınya, Çexiya və Avstriyanın sabiq ölkə və hökumət başçılarının, nüfuzlu ekspertlərin qatıldıqları tədbirdə Orta Dəhlizin bu marşrut boyunca yerləşən ölkələrin geosiyasətinə, təhlükəsizliyinə və iqtisadiyyatına təsiri, “Bir kəmər, bir yol” layihəsinin daha da genişlənməsinə verdiyi töhfələr, o cümlədən Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu müzakirə edilib, son geosiyasi hadisələr fonunda bu dəhlizin artan əhəmiyyətini vurğulanıb.

Toplantının işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Çexiyanın sabiq Baş naziri Yan Fişer, Qırğızıstanın sabiq Baş naziri Djoomart Otorbayev, BMT Baş Assambleyasının 66-cı Prezidenti Vuk Yeremiç iştirak ediblər.

Mərkəzin üzvləri, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini xanım Najat Moxtar, UNIDO-nun baş direktorunun müavini xanım Fatou Haydara, Avstriyanın sabiq Prezidenti Hayns Fişer ilə görüşlər keçiriblər.

Avstriya parlamentinin ikinci prezidenti xanım Doris Bures Mərkəzin üzvlərini qəbul edib. Mərkəzin üzvləri xanım Doris Buresi XI Qlobal Bakı Forumuna dəvət edib, həmçinin ona Forumun əhəmiyyəti haqqında məlumat veriblər.

 

 

Diaspora