“GoMap” (gomap.az) xəritəsinə “Bakı Taksi” avtomobillərində gediş haqqının hesablanması xidməti əlavə edilib.
“Gomap.az” layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Sinam” şirkəti tərəfindən icra edilir.“Sinam” şirkətindən AZƏRTAC-a verilə məlumata görə, marşrutun hamarlanması və bir nöqtədən digər nöqtəyə taksi ilə gediş haqqının hesablanması xidməti xəritənin “Marşrutlar” bölməsində yerləşir.
“GoMap” elektron xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları əsasında yaradılmış ilk resurslardan biridir. Xəritəyə marşrutun hamarlanması funksiyası əlavə olunub. Bundan əlavə, elektron xəritəyə tarix və mədəniyyət abidələrinin fotoları və təsvirləri də daxildir.