Laçının Alıcan kəndi ləğv edilir, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir

Laçının Alıcan kəndi ləğv edilir, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir backend

Laçının Alıcan kəndi ləğv edilir, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir.

“Report”un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilərək əraziləri bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.

Diaspora