Dünyanın ən böyük aysberqi 30 ildən çox okean dibində ilişib qaldıqdan sonra hərəkətdədir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, A23a adı verilən aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub. Lakin o, tez bir zamanda Veddell dənizində quruya çırpılaraq buz adasına çevrilib.
"A23a" səthinin sahəsi təxminən 4 min kvadrat kilometrdir.
Elm adamları son illərdə buz parçasında hərəkət siqnalları aşkar etmişdilər.
Son məlumatlara görə, "A23a" yenidən Antarktidadan çıxmağa başlayıb.
30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan "A23a"-nın qalınlığı 400 metrə çatır.
Alimlərin fikrincə, "A23a"-nın kütləsi son 35 ildə azalıb.
Beləliklə, nəhəng buz parçası suyun səthində hərəkət edə biləcək qədər yüngülləşib və kiçilib.
QAZİLER.AZ