Şahramanyan ifadə vermək üçün Ermənistan parlamentinə gəlib

Şahramanyan ifadə vermək üçün Ermənistan parlamentinə gəlib backend

Qarabağdakı keçmiş separatçı rejmin rəhbəri Samvel Şahramanyan 44 günlük müharibəni araşdıran Ermənistanın müvəqqəti parlament komissiyasının iclasına gəlib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, noyabrın ortalarında S.Şahramanyanın 44 günlük müharibəni araşdıran müvəqqəti parlament komissiyasının rəhbəri Andranik Koçaryanın təklifini qəbul etdiyi barədə xəbər yayılmışdı.

Ermənistanın baş naziri Nikol Paşinyan da komissiyanın iclasında iki dəfə iştirak edib. Bundan əvvəl görüşlərdə sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan, Ermənistan baş qərargahının keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və digər yüksək rütbəli rəsmilər iştirak ediblər. Bəzi digər keçmiş məmurlar isə dəvəti rədd ediblər. Xüsusilə, keçmiş xarici işlər naziri Vardan Oskanyan, baş qərargahın keçmiş rəisi Movses Akopyan, onun keçmiş müavini Tiran Xaçatryan komissiyanın suallarına cavab verməkdən imtina ediblər.

Diaspora