Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman beş avtomat, bir pulemyot, bir qumabaraatan, bir snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib və müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.