Növbəti köç karvanı Laçın şəhərinə çatdı - FOTO

Növbəti köç karvanı Laçın şəhərinə çatdı - FOTO backend

Noyabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Qaziler.az xəbər verir ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 346 ailə, 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Diaspora