Azərbaycanla Özbəkistan arasında sosial müdafiə sahəsində fəal təcrübə mübadiləsi aparılıb

Azərbaycanla Özbəkistan arasında sosial müdafiə sahəsində fəal təcrübə mübadiləsi aparılıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Behzod Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Qaziler.az xəbər verir ki, nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Özbəkistanın ortaq tarix və mədəniyyətə malik qardaş ölkələr olduğunu bildirib. İki ölkənin dövlət başçılarının birgə səyləri ilə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Əmək və məşğulluq, sosial müdafiə sahəsində də əməkdaşlığın genişlənməkdə olduğu, fəal təcrübə mübadilələrinin aparıldığı diqqətə çatdırılıb. Ötən ay da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı qeyd olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. İƏT-n Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişafına xidmət edəcəyi bildirilib.

Behzod Musayev Özbəkistanla dost və qardaş ölkə olan Azərbaycanda səfərdə olmaqdan, iki ölkənin bütün sahələrdə inkişaf edən əlaqələrinin sosial sahəni də əhatə etməsindən məmnunluğunu bildirib.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, əməkdaşlığıın genişləndirilməsinin tərəflər üçün qarşılıqlı faydalı olduğunu vurğulayıblar.

Diaspora