Bir olaq ki, pis niyyətlərin qarşısını vaxtında ala bilək - Ağdamlı qazi

Bir olaq ki, pis niyyətlərin qarşısını vaxtında ala bilək -  Ağdamlı qazi backend

Bu gün Ağdamın işğaldan azad edilməsindən 3 il ötür.

Bununla bağlı Qarabağ qazisi, jurnalist, ağdamlı Rey Kərimoğlu öz fikirlərini Qaziler.az-la bölüşüb.

"Gözəl, tarixi hadisənin - Ağdamın işğaldan azad edilməsinin şahidi oluruq. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Ali Baş Komandanımız başda olmaqla bütün qazilərimizə, döyüşçülərimizə can sağlığı arzulayırıq. Elə gözəl tarixi anlar yaşayırıq ki, sevincimizin, qürurumuzun həddi-hüdudu yoxdur. Bütün bunlar Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin, Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. 

Bu münasibətlə mən də xalqımızı təbrik edirəm. Yenə bir olaq, həmrəy olaq. Çünki düşmənlərimiz ayıqdı, tətikdədir; bizə həmişə problem yaratmaq istəyəcəklər. Yumruq kimi birləşək ki, belə hücumların, pis niyyətlərin qarşısını vaxtında ala bilək. Allah Ordumuzu qorusun!"

QAZİLER.AZ

 

loading...
Diaspora