Korrupsiya faktı ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Korrupsiya faktı ilə bağlı cinayət işi açıldı - RƏSMİ backend

Baş Prokurorluq “Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşı barəsində cinayət işinin başlanması barədə məlumat yayıb.

Lent.az prokurorluğa istinadən xəbər verir ki, “Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşının qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin sabiq aviakassiri Rasifə Rəfiyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kassa mədaxil orderlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə ona etibar edilmiş cəmiyyətə məxsus 30.0 min manat məbləğində vəsaiti mənimsəməsində, habelə vətəndaşın etibarından sui-istifadə edərək aviabiletlər almaq adı ilə 8 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Diaspora