İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova vəzifəsindən azad edilib.
İqtisadiyyat Nazirliyindən "Apa-Economics"ə verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, S. Həsənova Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub.