Bakıda Şəhidlər xiyabanında 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında “Mi-8” hərbi helikopterinin vurulması nəticəsində həlak olanların məzarları ziyarət edilib.
“Report” xəbər verir ki, ziyarətçilər Qarakənd faciəsində həlak olanların məzarları üzərinə qərənfil və əklil qoyublar.
Mərasimdə faciə zamanı həlak olanların ailə üzvləri, Baş Prokurorluğun rəsmi nümayəndələri, həmçinin Daxili İşlər Nazirliyinin şəxsi heyəti iştirak edib.
Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında “Mi-8” hərbi helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür.
Qəza nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub.