Yusif Bağırzadə AMİP-dən istefa verdi

Yusif Bağırzadə AMİP-dən istefa verdi backend

O, istefanı səhhətindəki problemlərlə əlaqələndirib Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib.



Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib.

Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.

Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir.