Prezident İlham Əliyev Vüqar Valeh oğlu Mustafayevin müdafiə sənayesi naziri təyin olunması ilə bağlı Sərəncam imzalayıb.
QAZİLER.AZ Axar.az-a istinadən yeni nazirin dosyesini təqdim edir:
Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi” ( MBA) magistr proqramı üzrə təhsil alıb.
2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.
2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.
Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunmuşdu. Nazir təyinatınadək həmin vəzifədə idi.
Ailəlidir. İki övladı var.