Şəhidin qardaşı mətbuat katibi təyin edildi

Şəhidin qardaşı mətbuat katibi  təyin edildi backend

Sumqayıt Bələdiyyəsinə mətbuat katibi təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu vəzifə 44 günlük Vətən müharibəsinin şəhidi Elnur Allahverdizadənin qardaşı Səbuhi Allahverdizadəyə həvalə olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində topçu olaraq könüllü iştirak edib. O, Ağdam və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

E.Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Diaspora