İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi genişləndiriləcək

İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi genişləndiriləcək backend

“Bir vacib məqamı qeyd edim ki, İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi üçdə bir qədər genişləndiriləcək”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

Nazir müavini qeyd edib ki, fondun büdcəsinin 50%-dən çoxu aktiv dəstək tədbirlərinə gedir: 

“Bundan əlavə, büdcənin bir hissəsi peşə standartının hazırlanmasına yönəldilir. Bu günədək 1000-ə yaxın peşə standartı hazırlanıb. Növbəti ildə 300-ə yaxın peşə standartı da hazırlanacaq”.

A.Kərimov əlavə edib ki, Elektron məşğulluq xəritəsinin hazırlanması planlaşdırılır.

Onun sözlərinə görə, bu ilin on ayı ərzində 40 mindən çox vətəndaşımız əlillik təyinatı alıb: 

“Onların dörd mindən artığı müharibə əlilliyi olan şəxslərdir”.

Diaspora