Bakıda supermarketdə qanunsuz içkilər aşkarlandı

Bakıda supermarketdə qanunsuz içkilər aşkarlandı backend

Azərbaycana aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içkinin realizə olunmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Nizami rayonu, Qara Qarayev prospekti, ev 7A ünvanında yerləşən “Ruslan-93” mağazasında üzərində aksiz markası olmayan spirtli içkilərin satılması barədə məlumat daxil olub, dərhal Baş İdarənin əməkdaşları tərəfindən həmin ünvandakı Abdullayev Telman Ələkbər oğluna məxsus mağazada zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı mağazadan Rusiya Federasiyasının aksiz markası ilə markalanan külli miqdarda araq, həmçinin üzərində aksiz markası olmayan müxtəlif markalı spirtli içkilər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Diaspora