Nazirlər razılığa gəliblər

Nazirlər razılığa gəliblər backend

ABŞ-ın maliyyə təmsilçisi Maykl Froman bəyan edib ki, Trans-Sakit okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarətlə bağlı danışıqlarda 12 iştirakçı ölkə razılaşmaya nail olub.



Artıq neçə gündür ki, Atlantada davam edən müzakirələrə yekun vuran iştirakçı ölkələrin ticarət nazirləri oktyabrın 5-də mətbuat konfransı keçiriblər.

Danışıqlara sədrlik edən M.Froman bildirib ki, beş ildən çoxdur davam edən gərgin danışıqlardan sonra razılaşma əldə olunub. O bildirib ki, bu razılaşma Asiya-Sakit okean regionunda inklüziv tərəqqiyə və innovasiyalara, yeni iş yerlərinin açılmasına, daimi iqtisadi inkişafa təkan verəcək. M.Froman, həmçinin qeyd edib ki, razılaşma ticarətin və investisiyaların liberallaşdırılmasına səbəb olacaq və bu da öz növbəsində XXI əsrdə regionda səhmdarların problemlərinin həllinə gətirib çıxaracaq.
Diaspora