Bu gün Bakının Binəqədi və Nəsimi rayonlarında qaz kəsiləcək.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Alatava Qaz Paylayıcı Stansiyası qolu” yüksək təzyiqli magistral qaz kəmərinin 0-cı km-də quraşdırılmış siyirtmənin görüləcək təmir işləri ilə əlaqədar, noyabrın 13-də saat 14:00-dan işlər başa çatanadək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” və “Mikrorayon” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaqdır.
Təmir işləri aparılan müddətdə Binəqədi və Nəsimi rayonlarının bir hissəsinin (Binəqədi rayonu, 6, 8, 9 mikrorayonlar, Xutor qəsəbəsi, Vorovski yaşayış massivində, Biləcəri qəsəbəsinin bir hissəsində, Natavan, Qabil Süleymanov, Rəşid İsmayılov, Yəhya Hüseynov, Şevçenko və Tolstoy küçələri ətrafında, Motodrom yaşayış massivi ərazisində, Nəsimi rayonu, 1,2,3,4 MKR, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, H.Əliyev prospekti) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.