Qarabağda işğal dövründə ermənilər tərəfindən beş milyondan çox kitab fondumuz tamamilə məhv edilib - Nazir

Qarabağda işğal dövründə ermənilər tərəfindən beş milyondan çox kitab fondumuz tamamilə məhv edilib - Nazir backend

Bu gün açılışında iştirak etdiyimiz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə Azərbaycan daxil olmaqla, 12 ölkədən 160-dan çox nəşriyyatlar qatılıb. Bu bölgədə öz möhtəşəmliyi və məzmun zənginliyi ilə seçilən sərgilərdəndir.

QAZİLER.AZ  Trend-ə istinadən  xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.

Azərbaycanda ədiblərə, yazarlara xüsusi diqqət və qayğının göstərdiyini bildirən nazir qeyd edib: “Beş gün davam edəcək sərgidə kitab nəşriyyatlarının, xüsusilə də mətbəələrin təqdimatları keçiriləcək. Uşaq ədəbiyyatına yönəlmiş maraqlı təqdimatlar da sərgidə öz yerini tutur. Sərgi müddətində həm Azərbaycan, həm də xarici yazıçı və şairlərlə görüşlər keçiriləcək. Rusiya Federasiyası bu il tədbirdə fəxri qonaq qismində iştirak edir.

Sərginin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilməsi rəmzi məna daşıyır. Çünki Ümummilli Lider hər zaman kitaba, ədəbiyyata böyük önəm verib”.

 

 

Diaspora