Sənə Zəfər yaraşır! - Bayramov

Sənə Zəfər yaraşır! - Bayramov backend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, nazirliyin X hesabındakı paylaşımında canı və qanı bahasına Azərbaycan tarixinə şanlı zəfəri yazan igidlərə xüsusi diqqət çəkilib.

"Bu gün ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin təntənəsi olan milli qürur bayramımız 8 Noyabr - Zəfər Günü qeyd olunur. Canı və qanı bahasına tariximizə şanlı zəfəri yazan igidlərimizi minnətdarlıqla yad edirik. Zəfər Günün mübarək, Azərbaycan!", - paylaşımda qeyd olunub.

Xarici işlər naziri Ceyhun Bayramov da 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:

"Artıq üçüncü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!"

 

 

Diaspora