Azərbaycanda 5 günlük bayram tətili başlayıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq.