Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb. Lent.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Nəsimi RPİ-dən məlumat verilib. Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlövsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN-ə işə düzəltmək adı ilə pul alıb. Ümumilikdə bu üsulla vətəndaşların 10 min manatdan artıq pulunu mənimsəyən Ə.Məhərrəmov barəsində cinayət işi başlanılıb, istintaq davam edir.
Bildirilir ki, Ə.Məhərrəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisidir. QSC-dən bildirilib ki, hazırda Ə.Məhərrəmovun səlahiyyətləri QSC-də mühəndis vəzifəsində çalışan Vüsal Məmmədova həvalə olunub.