Prezident İlham Əliyev bu gün imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif edilib.
Təltif olunanların siyahısında 206 nəfər sentyabrın 19–20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçular, 8 nəfər sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan polis əməkdaşları, 1 nəfər Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış hərbi qulluqçu və 1 nəfər Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili var.
Sərəncama əsasən 5 nəfər “Qarabağ”, 30 nəfər “Azərbaycan Bayrağı”, 55 nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Rəşadət”, 6 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 283 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 327 nəfər “Vətən uğrunda”, 130 nəfər “İgidliyə görə", 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 1 nəfər “Xocavəndin azad olunmasına görə”, 182 nəfər “Döyüşdə fərqlənməyə görə”, 176 nəfər “Cəsur döyüşçü”, 273 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Report.az