"Bu fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir" - Nazirlik

"Bu fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir" - Nazirlik backend

Prezident İlham Əliyevin yeni imzaladığı fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, sənədlərə əsasən xidmət etdiyi qurumdan asılı olmayaraq bütün hərbi qulluqçuların aylıq vəzifə maaşları 1 yanvar 2024-cü il tarixindən 20 faiz artırılıb.
 
Digər Fərmana əsasən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçularının aylıq təminat xərcliyinin tərkibi optimallaşdırılacaq, bu kateqoriyadan olan şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğinin hesablanması üçün əsas götürülən hissənin məbləği artırılacaq. 

Nəticədə həmin şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğində ciddi artım imkanı yaranacaq, həmçinin onların təminat xərcliyində artım baş verəcək. 

Dəyişikliklərdə humanist yanaşma tətbiq edilərək, indiyə kimi hərbi xidmətdən tərxis olunmuş XTQ mənsubları, eləcə də şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvləri də unudulmamış, onların da pensiyalarının artırılması üçün şərait yaradılmışdır. 

Belə ki, dövlət başçısının Fərmanı 1 dekabr 2022-ci il tarixindən tətbiq edildiyindən hazırda həmin kateqoriyadan olan hərbi qulluqçu kimi pensiya alan şəxslərin, habelə şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvlərinin aldığı ailə başçısını itirməyə görə pensiyaların məbləği də yenidən hesablanaraq artırılacaq.

Diaspora