Arif Hacılının oğlu barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib

Arif Hacılının oğlu barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib backend

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, şikayətə sabah, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

Diaspora