Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.