Qubada Gənclər üçün Təhsil Mərkəzinin regional ofisi açılıb

Qubada Gənclər üçün Təhsil Mərkəzinin regional ofisi açılıb backend

Yanvarın 24-də Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qubada yeni regional ofisinin açılış mərasimi və 1-ci intellektual bilik yarışı keçirilib.

QAZİLƏR.AZ AzərTAc-a istinadən xəbər verir ki, Quba şəhərindəki Gənclər Mərkəzində keçirilən regional ofisin açılış mərasimində Azərbaycanda aparılan uğurlu gənclər siyasətinin hədəfləri, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə iştirakı, eləcə də ölkəmizdə gənclərin hərtərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.
GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə Qubada regional ofisin yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, intellektual yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin tərkib hissəsidir. 1-ci intellektual bilik yarışının əsas məqsədi də gənclərin intellektual səviyyəsinin yüksəlməsini stimullaşdırmaq, onların milli-mənəvi dəyərlər və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Mərasimdə digər çıxış edənlər də yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar.
Açılış mərasimindən sonra 100-dən artıq gəncin iştirak etdiyi intellektual yarış başlayıb.
Gərgin mübarizə şəraitində keçən bilik yarışmasında qalib gələn komandalar Gənclər üçün Təhsil Mərkəzi tərəfindən mükafatlandırılıblar.

Diaspora