Qazaxda vəkil intihar edib

Qazaxda vəkil intihar edib backend

Qazax rayonunda intihar hadisəsi baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, rayonun Hüseynbəyli kənd sakini Rüfət Əsəd oğlu Mahmudov həyatına qəsd edib.

R.Mahmudov hüquqşünas olub. O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Qazax rayon vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.

Diaspora