Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.
Qeyd edilib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.
Dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i gün ərzində davam edəcəyi gözlənilir.