USQ Tavriya istiqamətində 500-ə yaxın rusiyalı hərbçini məhv edib

USQ Tavriya istiqamətində 500-ə yaxın rusiyalı hərbçini məhv edib backend

"Son 24 saat ərzində, noyabrın 3-də ordumuz Tavriya istiqamətində 463 işğalçını məhv edib. O cümlədən, düşmənin 35 hərbi texnikasını məhv ediblər".

Bu barədə RBC-Ukrayna Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin Facebook səhifəsinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Tavriya istiqamətində terrorçular: 22 hava hücumu, 51 hərbi əməliyyat, 988 artilleriya hücumu həyata keçiriblər. 
Avdeyevka istiqamətində düşmən aviasiyanın dəstəyi ilə Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir. Əsgər və döyüşçülərimiz müdafiəni möhkəm saxlayır və işğalçılara xeyli itki verirlər", - mətbuat xidməti yazır.

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Stepnoe, Tonenkoe, Avdeevka, Severnoe, Pervomayskoye yaşayış məntəqələri ərazilərində düşmənin 20 hücumunu dəf edib.

QAZİLER.AZ

Diaspora