Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsi Mingəçevir Dövlət Universitetində ali təhsil müəssisələrində maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə təlim keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, təlimdə dövlət qulluğunun üstünlükləri, qəbul qaydaları, bu sahədə cari vəziyyət və perspektiv planlar barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb.