Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmaya reaksiya verib.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən sabiq Baş Qərargah rəisi qeyd edib ki, mən bu məsələlərlə bağlı danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki?
“Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam”, - deyə o qeyd edib.