Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) Moskvada ümumi iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov BPSFA-ya üzv qurumların rəhbərlərinin yekdil qərarı ilə beşillik müddətə Assosiasiyanın sədri seçilib.
Bu barədə Qaziler.az-a məlumat nazirlikdən verilib.
DSMF təşkilatın fəaliyyətinə dair qərarların qəbul edilməsi, büdcə strategiyasının və prioritet hədəflərin müəyyənləşdirilməsi, əldə edilən nailiyyətlərin qiymətləndirilməsi, maliyyə dayanıqlılığı kimi məsələlərin tənzimlənməsində iştirak edəcək.
İclasda növbəti dövr üçün Assosiasiyanın əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və qarşıda duran hədəflər müzakirə olunub. Bundan başqa, BPSFA-nın direktorunun və Təftiş Komissiyası üzvlərinin seçilməsi məsələsinə toxunulub. Yekunda Assosiasiyanın maliyyə hesabatları dinlənilib.