Azərbaycanda prokurorluq işçilərinin ştat sayı həddi dəyişib - SƏRƏNCAM

Azərbaycanda prokurorluq işçilərinin ştat sayı həddi dəyişib -  SƏRƏNCAM backend

Prezident İlham Əliyev 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, maliyyələşdirmə məsələləri dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Diaspora