Bu gün "ASAN xidmət" xətti ilə Qərbi Azərbaycanda doğulanlara şəxsiyyət vəsiqələri veriləndə, orada onların doğulduğu rayonların, kəndlərin tarixi adları bərpa olunur. Bu proses davam edir.
Apa xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.
"Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını maddələr üzrə həyata keçirəcəyik. Bu, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa söykənən məsələdir. Hər bir insanın doğulduğu ərazilərdə yaşamaq hüququ var. Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır. Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımları atırıq", - icma sədri vurğulayıb.