"Azərpoçt" MMC tərəfindən 9 oktyabr Dünya Poçt İttifaqının yaranmasının 141 illiyi münasibətilə geniş tədbirlər həyata keçiriləcək.
MMC-dən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən, əlamətdar gün münasibətilə tabeli müəssisələrdə toplantılar təşkil olunacaq. Bayram günü texniki vasitələrin daimi işləməsinə, poçt göndərişlərinin vətəndaşlara vaxtında çatdırılmasına nəzarət gücləndiriləcək. Bundan əlavə, Kürdəmir Poçt Filialının Qocalı və Mehdili poçt şöbəsi binalarının açılışı olacaq. "Azərpoçt" MMC-nin mobil avtomobilləri Xaçmaz və Biləsuvar rayonlarında maliyyə-poçt xidmətləri göstərəcək.