Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Başqırdıstan Respublikasında elmi ezamiyyətdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində azərbaycanlı alim Başqırdıstanın Ufa şəhərində keçirilən ümumrusiya elm festivalında iştirak edib. Festivalda müxtəlif elm sahələrini əhatə edən 25 ekspozisiya təqdim edilib. Tədbirdə regionun bütün universitet, institut və elmi müəssisələri təmsil olunublar.