Azərbaycanda nəhəng yükü daşımaq üçün qazılan asfaltla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda nəhəng yükü daşımaq üçün qazılan asfaltla bağlı  RƏSMİ AÇIQLAMA backend

Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması ilə bağlı açıqlama verib.

İdarənin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər dövlət əhəmiyyətli yükün daşınması zamanı qeydə alınıb:

“Bununla bağlı müvafiq icazə alınıb. Eyni zamanda, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli yüklərin daşınmasına dair tələblər əsasında daşıma prosesi aidiyyəti qurumlarla birgə təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirilib”.

 

Diaspora