Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsinin 40 nəfər əməkdaşının iştirakı ilə “Tullantı Mərkəzi”nin ərazisində növbəti iməcilik keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iməcilikdə 70 ədəd zeytun və Eldar şamı ağacı əkilib, dirəklər basdırılıb və suvarma işləri aparılıb. Ərazidə abadlıq işləri görülüb, 200-ə yaxın müxtəlif növ ağacın dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ətraf alaq otlarından təmizlənib. İdarə tərəfindən iməciliklərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur.SOCAR-ın “Tullantı Mərkəzi”nin ərazisində iməcilik keçirilib

