İsveçdə rəqib qruplar arasında atışma zamanı yaşayış məntəqələrində yenə partlayışlar olub

İsveçdə rəqib qruplar arasında atışma zamanı yaşayış məntəqələrində yenə partlayışlar olub backend

Stokholm ətrafında yerləşən Naka bələdiyyəsində və Helsinqborq şəhərində cümə gecəsi yaşayış məntəqələrində naməlum qurğuların səbəb olduğu partlayışlar baş verib.

Qaziler.az bildirir ki, bu barədə SVT məlumat yayıb.

Stokholmun ətrafı Naka bələdiyyəsində yerli vaxtla axşam saat 22 radələrində yaşayış binasının yaxınlığında partlayış baş verib. Ev sahibləri evdə olsalar da, xəsarət almayıblar.

Gecə polis ikisi azyaşlı olmaqla üç şübhəli şəxsi saxlayıb.

Stokholm polisinin sözçüsü deyib: “Əlbəttə, biz digər son zorakılıq hadisələri ilə mümkün əlaqələri araşdırırıq”.

Digər insident isə gecə yarısından az sonra Helsinqborqun xusensyo rayonunda baş verib. Yerli sakinlər güclü partlayış barədə polisə məlumat veriblər. Məlum olub ki, partlayıcı qurğu yaşayış binasının girişinin qarşısına qoyulub. Sakinlərdən heç kim xəsarət almayıb.

Polis sözçüsü Katarina Rusin dedi ki, istintaq yeni başladığı üçün çox təfərrüatlar haqda məlumat verə bilməz.

Hadisənin qəsdən törədildiyi bildirilir.

QAZİLER.AZ

Diaspora